Seçki fondu vəsaiti siyasi partiya və ya blok üçün 10 min manatdan, namizəd üçün isə 2 min 500 manatdan artıq olduqda maliyyə hesabatı dərc edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Həmin hesabat vəsaitin xərclənməsi barədə ətraflı məlumatı əhatə etməlidir.
Bu məlumatlar ictimaiyyət üçün açıq şəkildə yayımlanmalıdır.