Tütün məmulatlarının reklamı və satışının stimullaşdırılması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb.
Pulsuz paylama və hədiyyə şəklində təqdim etmək yolverilməzdir. Lotereya, müsabiqə və oyunlarda stimullaşdırıcı tədbirlər də qadağan edilir. Qadağa əhalinin tütün istifadəsini azaltmaq məqsədi daşıyır.
