Mənim Ramiz Mehdiyevlə işdən kənar heç bir əlaqəm olmayıb.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmov deyib.
A.Məhərrəmov adının Ramiz Mehdiyev məsələsində hallandırılmasını boş söhbət adlandırıb:
“Mənim vəzifəm elə olub ki, həftədə 3 dəfə Prezident Administrasiyasında olmuşam. Artıq 10 ilə yaxındır ki, vəzifədən də çıxarılmışam. Ramiz Mehdiyevlə də sonradan heç bir münasibətim olmayıb. Bu deyilənlər boş-boş söhbətlərdir. Siz belə şeylərə baş qoşmayın”, – sabiq rektor əlavə edib.
Qeyd edək ki, hazırda ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin yaxın adamları sırasında Abel Məhərrəmovun da adı hallanıb. Keçmiş rektor bu günə qədər məsələyə münasibət bildirməmişdi.
