O canlı yayım birinci açılanda Brilyant xanım və Abbas Bağırovla birlikdə efirdə olan problemlərdən danışırdıq. İzləyicilərə normal və düzgün şəkildə, hörmətlə yanaşaraq müraciət edirdik. İstəməzdik bu baş versin.

Heftelik.az Kult.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aparıcı Tarix Əliyev ilə müğənni Səidə Sultan arasında davam edən gərginlik barədə danışarkən deyib.

“Mən həmin vaxt yayımın səsini almışdım, eşitmirdim. Sonradan xəbərim oldu. Tarixlə danışdım, dedim ki, bu tonda danışmamalıydı. Sivil şəkildə öz fikirlərini bildirməkləri daha yaxşı olardı.
Birinci Səidə başladı çox pis danışmağa. Qarşı tərəf də əsəblərini cilovlaya bilmədi, cavab verdi. Hər ikisinə münasibətim çox gözəldir. Hər ikisi etirazlarını normal, sivil şəkildə dilə gətirə bilərdilər.
Əgər hansısa sənətdə, efirdə olan çatışmazlıqdan danışırıqsa, kiminsə şəxsiyyətinə toxunmamalıyıq. Kimliyindən asılı olmayaraq”, – o bildirib.
Qeyd edək ki, mübahisədən sonra Tarix Əliyev Səidə Sultanla bağlı polisə şikayət edib.