Şirvanda 2 gün əvvəl ağır yanıq xəsarətləri alaraq komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilən 49 yaşlı şəxs ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, fevralın 23-də səhər saatlarında Şirvan sakini, 1977-ci il təvəllüdlü Məhərrəm Abdullayev bədənin termiki yanığı xəsarətləri ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan pasiyent sonradan paytaxtda yerləşən xəstəxanaya təxliyə edilib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.