Tütün məmulatlarının satışında istifadəçilərin həvəsləndirilməsi üçün müxtəlif üsulların tətbiqi qadağan olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb.
Məhsulların pulsuz paylanması və ya mükafat kimi verilməsi yolverilməzdir. Lotereya və müsabiqələrdə tütün məmulatlarının mükafat kimi təqdim edilməsi də qadağandır. Stimullaşdırıcı kampaniyaların keçirilməsinə icazə verilmir.
