Uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün nümayişi qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb.

Efirdə, teatr tamaşalarında və filmlərdə tütün istifadəsi göstərilə bilməz. Qadağa tütünün cəlbediciliyini azaltmaq məqsədi güdür. Tətbiq bütün media növlərinə şamil olunur.