Yanacaqdoldurma məntəqələrində və tezalışan maddələrin saxlandığı yerlərdə tütün çəkmək qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb.
Bu qadağa təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin bu maddələrin daşındığı nəqliyyat vasitələrində də siqaret çəkmək olmaz. Qanun yanğın risklərinin qarşısını almağı hədəfləyir.
