Seçki fonduna 250 manatdan artıq məbləğdə ianə edən vətəndaşların sayı barədə məlumat yayımlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Bu tələb həm namizədlərin, həm də siyasi partiyaların fondlarına şamil edilir.
Məqsəd seçki maliyyəsinin ictimai nəzarətə açıq olmasını təmin etməkdir.