Tütün və tütün məmulatları istehsalçıları sponsor ola bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb.
Sponsorluq qadağası “Reklam haqqında” qanunla da dəstəklənir. Məqsəd tütünün tanıdılması və istifadəsinin təşviqinin qarşısını almaqdır. Qadağa həm istehsalçılara, həm də satıcılara şamil olunur.
