UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Heftelik.az Apasport.az-a istinadən xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Püşkatma nəticəsində 1/8 final mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşib:

PSJ (Fransa) – “Çelsi” (İngiltərə)

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

“Nyukasl” (İngiltərə) – “Barselona” (İspaniya)

“Budyo Qlimt” (Norveç) – “Sportinq” (Portuqaliya)

“Qalatasaray” (Türkiyə) – “Liverpul” (İngiltərə)

“Atalanta” (İtaliya) – “Bavariya” (Almaniya)

“Atletiko” (İspaniya) – “Tottenhem” (İngiltərə)

“Bayer 04” (Almaniya) – “Arsenal” (İngiltərə)

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 10-11-i və 17-18-də keçiriləcək

***

saat 11.13

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü bu gün atılacaq.

Heftelik.az Report-a istinadən xəbər verir ki,  tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Pükatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Bu raundda Liqa mərhələsini ilk “8-lik”də başa vuran komandalar və pley-offun qalibləri iştirak edəcəklər.

Liqa mərhələsinin ilk “8-liy”i: “Arsenal” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Barselona” (İspaniya), “Çelsi” (İngiltərə), “Sportinq” (Portuqaliya), “Mançester Siti” (İngiltərə).

Pley-off mərhələsinin qalibləri: “Real” (İspaniya), PSJ (Fransa), “Nyukasl” (İngiltərə), “Atletiko” (İspaniya), “Atalanta” (İtaliya), “Bayer 04” (Almaniya), “Qalatasaray” (Türkiyə), “Budyo Qlimt” (Norveç).

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 10-11-i və 17-18-də keçiriləcək.