Arabesk musiqisinin ustad sənətçisi Ferdi Tayfurun qızı Tuğçe Tayfur ötən gün Nişantaşında boşanmaq üzrə olduğu həyat yoldaşı Muhammet Aydınla birlikdə görüntülənib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, birlikdə gəzərkən kameralara düşən cütlükdən Muhammet Aydın çəkiliş aparıldığını görən kimi narahat olub. Onları çəkən operatora “Bunu söndür”! deyə qışqıran Muhammet Aydına Tuğçe Tayfur sərt reaksiya verib.
Küçədə gərgin anlar yaşanıb. Tuğçe Tayfur həyat yoldaşına “Etdiklərin üzə çıxmasın deyə”? deyə müraciət edib. Muhammet Aydın isə “Hansı etdiklərim”? deyə cavab verib. Daha da əsəbiləşən Tayfur “Sənin xəyanətlərindən danışıram”! deyərək iddia səsləndirib.
“Barışmaq yoxdur. Cəhdlər var. Amma mənim qərarım qətidir”!


