Fiziki və hüquqi şəxslər tüstüsüz ətraf mühitdə həyat üçün əlverişli şərait tələb edə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb.
Onlar tibbi yardım ala bilərlər. Ətraf mühitdəki tədbirlər barədə məlumat əldə etmək hüququna malikdirlər. İnsanlar ictimai nəzarətdə iştirak edə bilərlər.
