Dövlət büdcəsindən maliyyə yardımı almaq istəyən bələdiyyələr mayın 1-dək müvafiq sənədləri təqdim edirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.

Bu sənədlər arasında cari ilin və ötən ilin faktiki nəticələri, növbəti il üçün gəlir və xərclərin əsaslandırılması yer alır. Təqdim olunan sənədlər büdcə planlamasının əsasını təşkil edir.