Hərbi xidmətin hansı gün başa çatdığı konkret qaydalarla müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə əksini tapıb.

Birbaşa hərbi hissədən buraxılanlar üçün bu tarix şəxsi heyət siyahısından çıxarıldığı gündür.

Dövlət qurumlarında işləyən hərbi qulluqçular üçün isə müvafiq əmrin imzalandığı gün əsas götürülür.

Beləliklə, xidmətin sonu rəsmi əmrlə rəsmiləşdirilir.