ABŞ İranda genişmiqyaslı döyüş əməliyyatlarına başlayıb.
Heftelik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Qısa müddət əvvəl İranda mühüm hərbi əməliyyatlara başladıq. Məqsəd ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır”, – Donald Tramp qeyd edib.
ABŞ Prezidenti İranın raket sənayesini və donanmasını məhv edəcəklərini vurğulayıb: “47 ildir “Amerikaya ölüm olsun” şüarları səsləndirirlər. İran İraqdan Livana qədər terrorçuları dəstəkləyir. İran dünyana bir nömrəli terror dövlətidir. Bu rejim heç vaxt nüvə silahına malik ola bilməz. Buna görə də ötən ilin iyununda rejimin nüvə obyektlərini darmadağın etdik. Bundan sonra onlara xəbərdarlıq etdik ki öz şər əməllərindən çəkinsinlər. Amma İran onilliklərlə olduğu kimi, yenə də öz nüvə ambisiyalarından imtina etməyib və biz artıq buna dözə bilmərik. Fikirləşin ki , bu rejimin nüvə silahı olsa, onlar özlərini necə güclü hiss edərlər”.
