Bu səhər İrana hücum ABŞ və İsrailin birgə əməliyyatıdır.
Heftelik.az xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb.
“The Times of Israel”in amerikalı məmura istinadən məlumatında isə qeyd edilib ki, ABŞ bu səhər İsraillə birgə İrana zərbə endirilməsində iştirak edib.
Təsdiqlənməmiş məlumata görə, hədəflər sırasında İranın Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin Tehrandakı ofisi və Prezident kompleksi olub.
Qeyd edək ki, Tehranla bərabər İsfahan, Karac və Kermanşah şəhərlərinə də hava hücumu olub.

