İran Qətər, Bəhreyn, Küveyt və BƏƏ-də yerləşən ABŞ hərbi bazalarına zərbə endirib.

Heftelik.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

***

saat 13.17

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dhabidə partlayış səsləri eşidilib.

Heftelik.az CNN-ə istinadən xəbər verir ki, partlayış səsləri şəhərin bir neçə hissəsində eşidilib.

Bəhreyndə də partlayış səsləri eşidilib. “Əl Ərəbiyyə” telekanalının məlumatına görə, həyəcan siqnalları işə düşüb.

ABŞ-ın Bəhreyndəki bazasına zərbə endirildiyinə dair məlumatlar var. Lakin hələlik bu barədə rəsmi məlumat yoxdur.

Bundan başqa, Qətərin hava məkanını bağladığı bildirilir.