SEPAH tərəfindən Qətərdəki ABŞ hərbi bazasında edilən dron hücumunda ABŞ-a məxsus AN/FPS-132 (FP-132) erkən xəbərdarlıq radarı məhv edilib.

Heftelik.az xəbər verir ki, Qətər Müdafiə Nazirliyi bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, sözügedən radar ABŞ-ın raketdən müdafiə şəbəkəsinin bir hissəsidir və Əl-Üdeyd aviabazasında yerləşir. O, uzaqmənzilli raket buraxılışlarını aşkar etmək və izləmək üçün nəzərdə tutulub. Radarın qiymətinin 1.1 milyard dollar olduğu ehtimal edilir.