İrana qarşı davam edən zərbələrin məqsədi rejimin devrilməsidir və İran xalqını bu imkandan istifadə edərək hakimiyyəti öz əlinə almalıdır.

Heftelik.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

“Bu axşam İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərinə, silahlı qüvvələrə və bütün polis qüvvələrinə müraciət edərək bildirirəm ki, silahlarınızı yerə qoymalı və tam toxunulmazlıq əldə etməlisiniz, əks halda qaçılmaz ölümlə üzləşəcəksiniz”, — Tramp ABŞ zərbələrini təsdiqləyən səkkiz dəqiqəlik video müraciətində deyir.

“Silahlarınızı yerə qoyun. Sizə ədalətli davranılacaq və tam toxunulmazlıq veriləcək, əks halda sizi dəqiq ölüm gözləyir”, — deyə Tramp bildirir.

“Böyük və qürurlu İran xalqına bu axşam deyirəm: azadlığınızın vaxtı çatıb. Sığınacaqlarda qalın. Evlərdən çıxmayın. Küçələr çox təhlükəlidir. Bombalar hər yerə düşəcək”, — o, sözlərinə davam edir.

“Biz işi başa çatdırdıqdan sonra hökumətinizi ələ keçirin. O, sizin əlinizdə olacaq. Çox güman ki, bu, bir neçə nəsil boyunca əldə edə biləcəyiniz yeganə fürsət olacaq”.

“Uzun illər Amerikadan kömək istəmisiniz, lakin onu ala bilməmisiniz… Görək necə reaksiya verəcəksiniz. Amerika sizi böyük qüvvə və sarsıdıcı güclə dəstəkləyir”, — Tramp deyir.

“İndi taleyinizi öz əlinizə almağın və artıq çox yaxın olan firavan və şərəfli gələcəyi kəşf etməyin vaxtıdır. Bu, hərəkət anıdır. Onu qaçırmayın”, — deyə o əlavə edir.