Bu gecə Pirqulu stansiyasından 27 km cənub-qərbdə Şamaxı-Ağsu sərhəddində zəlzələ olub.
Reuters xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla 28 fevral saat 22.36-da qeydə alınan 3,6 maqnitudalı zəlzələnin ocağı yerin 7 km dərinliyində yerləşib.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.
Qeyd edək ki, fevralın 25 və 28-də Şamaxıda ardıcıl yeddi zəlzələ baş verib.
