İranın Ali Rəhbəri Əli Xameneinin cəsədi tapılıb və onun öldüyü təsdiqlənib.

Heftelik.az xəbər verir ki, bu barədə Reuters agentliyi İsrail rəsmisinə istinadən məlumat yayıb.

CNN-nin yaydığı məlumatda bildirilir ki, İsrail Xameneinin meyitinin şəklini əldə edib və rəsmi açıqlama hazırlanır.

“Channel 12”-nin məlumatında qeyd edilib ki, İranın Ali Rəhbəri Əli Xameneinin Tehrandakı iqamətgahından İran hakimiyyəti tərəfindən tapılan meyitinin görüntüsü İsrail baş naziri Benyamin Netanyahuya təqdim edilib.

Qeyd edək ki, İran rəsmiləri və mediası bu barədə hələlik heç bir məlumat açıqlamayıb.