
İsrailin Livana avizərbələri nəticəsində 31 nəfər ölüb, 149 nəfər xəsarət alıb.
Heftelik.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (IDF) hücumlara cavab olaraq, Livanın cənubuna və paytaxt Beyruta hava zərbələri endirib.
***
saat 10.32
İsrail Ordusu Livan ərazisində “Hizbullah” hərəkatına məxsus hədəflərə zərbələrə başladığını bəyan edib.
Heftelik.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidmətinin açıqlamasında deyilir.
Zərbələrin “Hizbullah” tərəfindən İsrail ərazisinə atəş açılmasına cavab olaraq həyata keçirildiyi bildirilib.
İsrail Baş Qərargah rəisi Eyal Zamir növbəti əməliyyat planlarını təsdiqləyib və fasiləsiz hücum və müdafiə tədbirlərinə hazırlıq görülməsi barədə göstəriş verib.
“Al Arabia”-nın mənbələrinə istinadən yaydığı məlumata görə, “Hizbullah” hərəkatına məxsus hədəflərə zərbələr nəticəsində Hərəkatın parlament fraksiyasının rəhbəri Məhəmməd Raad ölüb.
