İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Elnur Abbas oğlu İbrahimov filiala rəhbər təyin olunub.
Qeyd edək ki, ötən həftə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncamı ilə E.İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdi.

Bu təyinat fonunda Naxçıvanda icbari tibbi sığorta sahəsində iki paralel qurumun fəaliyyəti diqqət çəkir. Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ləğvi barədə indiyə qədər rəsmi qərarın olmaması, keçən həftə də Elnur İbrahimovun məhz ləğv olunmuş qurumun keçmiş sədri kimi deyil, mövcud qurumun sədri kimi vəzifəsindən azad edilməsi faktı ortadır. Yəqin ki, Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsini icra edən Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov geri tarixə də olsa, Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ləğvi barədə qərar imzalayacaq.
Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri işdən çıxarıldı
