Səudiyyə Ərəbistanında “Saudi Aramko” şirkətinin neft təsisatına hücum edilib.

Heftelik.az Sky News-a kanalına istinadən xəbər verir ki, təsisata dron hücumu edilib və obyektin fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhəbrlik etdiyi koalisiyanın İranın dəstəklədiyi husilərə hücumları dövründə “Saudi Aramko”-nun neft emalı zavodları husilərin dron hücumlarına məruz qalmışdı. Səudiyyə Ərəbistanı  hücumları dayandırdıqdan sonra husilər də bu ölkədə neft təsisatlarını hədəf almağa son vermişdi. Son hücumların da Səudiyyə Ərtəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin bu ölkələrdəki ABŞ bazalarına zərbələri fonunda Tehranı cavab zərbələri ilə hədələmələri fonunda baş verməsi diqqət çəkir.