Vətəndaşlara tütündən istifadənin dayandırılması üçün profilaktik tibbi xidmətlər təqdim olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb.

Bu xidmət tütün asılılığı və onun nəticələrinin müalicəsini əhatə edir. Tibbi yardıma müraciət edən hər kəs dövlət xidmətlərindən istifadə edə bilər. Məqsəd əhalinin sağlamlığını qorumaqdır.