Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb.

Heftelik.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.

Qeyd edilib ki, regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb: “Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatçılığa görə üzr istəyirik”.