Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısında dəyişiklik edilib.

Heftelik.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin inzibati binası bu siyahıya daxil edilib.