
İsrail Hərbi Hava Qüvvələri İranın Qum şəhərində yüksək rütbəli ruhanilərin İranın yeni Ali Rəhbərini seçmək üçün toplandığı binaya zərbə endirib.
Heftelik.az İsrail mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Qüvvələrindəki mənbə təsdiqləyib.
Məlumata görə, Ekspertlər Məclisinin 88 üzvü var, lakin onlardan neçəsinin binada olduğu bəlli deyil.
***
saat 18.17
İsrail İranda Ali Rəhbəri seçən Ekspertlər Məclisinin Qumdakı binasına aviazərbə endirib.
Heftelik.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
Hələlik tələfatla bağlı məlumat verilməyib.
