ABŞ hakimiyyəti iranlı müxalif qruplar və İrak Kürd Bölgə Muxtariyyətinə sığınan iranlı müxalifət təmsilçiləri ilə danışıqlar aparır.

Heftelik.az xəbər ver riki, bu barədə CNN məlumat yayıb.

Məqsəd ABŞ və İsrailin dəstəyi ilə kürdlərin silahlı mübarizəyə başlayaraq İranın qərbində bir tampon bölgə yaratmasıdır.

Qeyd edək ki, İranda PKK terror təşkilatın qolu olan PEJAK fəaliyyət göstərir. Uzun illər Tehran Türkiyəyə qarşı təzyiq vasitəsi saydığı PEJAK-a qarşı mübarizə aparmaqdan yayınıb. İran daxilində PEJAK-ın silahlı qrupları mövcuddur.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Trampın İsrailin tövsiyəsi ilə İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzani və İraqda Süleymaniyə bölgəsinə faktiki nəzarət edən Təlabani qruplaşmasının lideri Bafel Talabani ilə telefonla danışıq apardığı barədə xəbər yayılıb.

Türkiyə xarici işlər naziri Hakan Fidan da iki gün öncə Türkiyə mediasına açıqlamasında PEJAK-la bağlı sualı cavablandırarkən İranda belə qrupların fəaliyyətini izlədiklərini söyləmişdi.

Xatırladaq ki. Həm İraqı işğal dönəmində, həm də Suriyada son 13 ildə ABŞ-ın əsas müttəfiqi kürd silahlı qruplaşmaları olub.