Anasını hoteldə qətlə yetirməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən yeniyetmə A.Q. 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2025-ci ilin avqust ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən “Crossway” hotelində baş verib. Aliədaxili münaqişə zəminində 2009-cu il təvəllüdlü A.Q. 1989-cu il təvəllüdlü anası Ə.Q. bıçaqla bir neçə dəfə zərbə endirərək qətlə yetirib. O, Qazax rayonuna gedərək polisə könüllü təslim olub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
