Bir sıra ictimai yerlərdə tütün çəkilməsi qadağan edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb.
Təhsil və tibb müəssisələri, ictimai iaşə obyektləri bu siyahıya daxildir. Həmçinin mədəniyyət obyektləri və uşaq meydançalarında qadağa tətbiq olunur. Məqsəd insanların sağlamlığının qorunmasıdır.
