Tütündən istifadənin nəticələrindən qorunmanın əsas prinsiplərinə vətəndaşların sağlamlığının qorunması daxildir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb.

Ətraf mühitdəki tütün tüstüsünün zərərli təsirinin qarşısının alınması da prioritetdir. Dövlət və bələdiyyələr məsuliyyət daşıyır. Qanun həmçinin məlumatlandırma və təbliğat tədbirlərini də nəzərdə tutur.