Qeydə alınmış namizəd seçki müddətində ölkə ərazisində ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Bu hüquq seçkinin nəticələrinin rəsmi dərc edildiyi günədək qüvvədədir və taksi ilə sifarişli reyslərə şamil edilmir.
Namizədə dəmir yolu ilə 8 dəfə, təyyarə ilə isə 4 dəfə gediş-gəliş xərcləri dövlət vəsaiti hesabına ödənilir.
