Televiziya və radio yayımçıları tütünün zərəri barədə proqramlar hazırlamalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb.
Ay ərzində bu mövzuya ən azı 90 dəqiqə efir vaxtı ayrılmalıdır. Proqramların bir hissəsi əsas baxış saatlarında yayımlanmalıdır. Efir materialları müvafiq quruma təqdim edilir.
