Vahid seçki fonduna 5 min manatdan artıq ianə edən hüquqi şəxslər və 250 manatdan artıq ianə edən vətəndaşlar barədə məlumat dərc olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Həmçinin fonda daxil olmuş vəsaitin ümumi həcmi və xərclənmiş hissəsi barədə məlumat açıqlanır.
İanəçilərə qaytarılan vəsaitlər və geri qaytarılmanın əsası da göstərilməlidir.
