Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondları müxtəlif mənbələr hesabına formalaşa bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Fondlar namizədin şəxsi vəsaiti, onu irəli sürən siyasi partiyaların vəsaiti və könüllü ianələr hesabına yaradıla bilər. Hər mənbə üzrə məbləğlər qanunla məhdudlaşdırılıb.
