Həqiqi hərbi xidmətə könüllü daxil olmaq üçün tələb olunan sənədlərin bir hissəsi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə əksini tapıb.
Belə hallarda sənəd könüllü şəxsdən tələb edilmir. Əgər sənəd elektron sistemdə mövcud deyilsə, müvafiq dövlət orqanından sorğu əsasında və ya şəxsin özü tərəfindən təmin edilir. Bu qayda könüllülərin sənəd təqdim etmə yükünü azaldır.
