Bələdiyyə üzvlüyünə namizədlər imzaların yığılmasının başlanması barədə dairə seçki komissiyasına bildiriş verdikdən sonra 5 gün ərzində xüsusi hesab açmalıdırlar.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Bu hesab namizədin maliyyə fondunu formalaşdırmaq üçün istifadə olunur. Namizəd həmçinin səlahiyyətli nümayəndəsinə seçki hesabının idarəsini həvalə edə bilər.