Televiziya və radio yayımçıları və dövri nəşrlər seçkilərin nəticələri rəsmi dərc edildikdən sonra 10 gün ərzində namizədlərə və siyasi partiyalara istifadə edilmiş pulsuz efir vaxtı və dövri nəşrdə ayrılmış yer barədə məlumat göndərirlər.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Məlumatda hüquqi ünvan və bank rekvizitləri də əks olunur. Bu qayda həm siyasi partiyalar blokuna daxil partiyalara, həm də müvafiq namizədlərə şamil edilir.