Hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan vətəndaşları müxtəlif hərbi xidmət növlərinə könüllü daxil ola bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə əksini tapıb.

Əsgərlər, matroslar və çavuşlar müddətdən artıq həqiqi hərbi xidmətə, 19-40 yaş arası qadınlar isə müəyyən qaydalarla daxil ola bilərlər. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələrinə 17-23 yaş arası vətəndaşlar qəbul edilir. Zabitlərin həqiqi hərbi xidmətə qəbulunda isə müəyyən yaş hədləri və ehtiyatda olan şəxslər nəzərə alınır.