Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəli hazırlanıb (bütün saatlar yerli vaxtla qeyd edilib).

Heftelik.az xəbər verir ki, ba barədə  AZAL-dan bildirilib.

Uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:

• sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı;

• üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.

Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq.