Ortamüddətli və uzunmüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin və dövlət borcunun idarəedilməsi məqsədilə yuxarı hədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər 4 ildən bir müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.

Bu hədlər ortamüddətli dövrün sonu üçün tətbiq olunur. Qanunda həmçinin bu göstəricilərin növbəti dövrün sonuna hədəflənməsi qeyd olunur.