Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib.

Heftelik.az APA-ya istinadən  xəbər verir ki, bu gündən etibarən uçuşlar planlaşdırılmış cədvəl üzrə həyata keçiriləcək.

Hazırda hava limanının dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır.

Qeyd edək ki, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumları səbəbilə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bütün reyslər ləğv olunmuşdu.