Azərbaycan Silahlı Qüvvələrində müəyyən rütbələri vermək hüququ fərqli səviyyəli komandirlərə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə əksini tapıb.

“Baş əsgər” və “baş matros” rütbələrini tabor komandirləri verə bilər. “Kiçik çavuş” və “çavuş” rütbələri hərbi hissə komandirlərinə aid edilir. “Baş çavuş” rütbəsini korpus komandirləri vermək səlahiyyətinə malikdir.