Növbəti büdcə ili üçün dövlət büdcəsi layihəsi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanı digər sənədləri Milli Məclisə təqdim edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.

Bu sənədlərə izahatlar, proqnoz göstəricilər, büdcə-vergi siyasətinin əsas istiqamətləri daxildir. Bundan əlavə, məqsədli proqramlar və büdcə gəlirləri layihəsi də təqdim olunur.