Hərbi rütbələrin müddəti xidmətdə olan hərbi qulluqçular üçün konkret müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə əksini tapıb.

Kiçik çavuş və çavuş üçün müddət 6 ay, gizir 3–5 il, leytenant 2–3 il müəyyən edilir. Aviasiya və sualtı gəmilər üçün bəzi rütbələrdə xidmət müddəti fərqlənir. Polkovnik və ali zabit rütbələrində xidmət müddəti ayrıca müəyyən edilmir.