Vətəndaş internet provayderi “CitiNet” ilə bağlı narazılığını bildirib.
Heftelik.az xəbər verir ki, şirkətlə 1 illik müqavilə bağlanmasına baxmayaraq, aylıq internet haqqı xəbərdarlıq edilmədən dəyişdirilib.
İddia olunur ki, istifadəçi əvvəllər aylıq 15 manat ödəniş etməklə 100 Mbit/s sürətli internet paketindən istifadə edib. Lakin təxminən bir ay əvvəl xidmət haqqı istifadəçinin razılığı olmadan 25 manata qaldırılıb.
Məsələ ilə bağlı istifadəçi şirkətin texniki şöbəsi ilə əlaqə saxladığını bildirib. Onun sözlərinə görə, müraciətdən sonra aylıq ödəniş yenidən 15 manata endirilsə də, bu dəfə internet sürəti 40 Mbit/s olaraq dəyişdirilib.
İstifadəçi qeyd edir ki, onların 1 illik müqaviləsi olduğu halda paket şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi narazılıq yaradıb.
Məsələ ilə bağlı şirkətin rəsmi mövqeyi hələlik açıqlanmayıb.
