Hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar arasında həqiqi hərbi xidmətə qəbul fərdi qaydada aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə əksini tapıb. Seçim rayon (şəhər) hərbi komissarlıqları tərəfindən həyata keçirilir. Hərbi hissə komandirlərinin tələbnamələrində xidmət ediləcək yerlər, vəzifələr və pul təminatı göstərilir. Müvafiq sənədlərin tərtibi icra hakimiyyəti orqanlarının müvafiq qurumları tərəfindən aparılır.