Baş gizir və baş miçman rütbələri müəyyən ştat vəzifələrinə təyinat zamanı verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə əksini tapıb.
15 il qüsursuz xidmət edən gizir və miçmanlar da bu rütbəyə layiq görülür. Döyüş növbəsi çəkmə müddətinə görə 10 illik xidmət göstərənlər də rütbə ala bilər. Məqsəd xidmətdə nümunəvi göstəriciləri stimullaşdırmaqdır.
